Yeni yaranan birlik dinamik fəaliyyəti hədəfləyir - ÖZƏL

Ölkəmizin idman siyasətinə, idmanın inkişafına xidmət göstərən qurumlar arasında idman cəmiyyətləri və ictimai birliklər də yer almaqdadır. Onlardan biri də “Olimpiya” Boks İdman Klubu İctimai Birliyidir. Birlik yeni fəaliyyətə başlasa da hədəflər böyükdür. SİA-nın məlumatına görə, ictimai birliyin təsisçisi və sədri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman işləri üzrə prorektoru, professor Yusif Babanlıdır.

Məlumat üçün bildirək ki, “Olimpiya” Boks İdman Klubu İctimai Birliyi 16 fevral, 2018-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində (№1118-Q62-3558) qeydiyyatdan keçmişdir.

“Olimpiya” Boks İdman Klubu İctimai Birliyinin fəaliyyəti Azərbaycan Respublikasının “Bədən tərbiyəsi və idman haqqında” Qanuna, Mülki Məcəlləsinə və digər qanunvericilik aktına uyğun olaraq yaradılmışdır.
Nizamnaməyə uyğun olaraq İctimai birliyin fəaliyyət sahəsinə beynəlxalq təşkilatlarla, federesiyalar, assosiyasiyalar və klublar ilə əlaqələr daxildir.

İctimai birliyinin məqsədi bədən tərbiyəsi və idmanın inkişafını təmin etmək, üzvlərin maraqları çərçivəsində onların asudə vaxtının səmərəli təşkili, sağlamlıqlarının qorunması və fiziki inkişafına nail olmaq, vətənin müdafiəsinə hər an hazır olan yüksək əmək qabiliyyətli, fiziki cəhətdən hazırlıqlı gənclər yetişdirməkdir. Həmçinin, birlik respublikanın milli yığma komandalarının ehtiyat qüvvələrinin hazırlanmasında fəal iştirakını təmin etməyi hədəfləyir.

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə