Sevgililər günü 300-ə yaxın cütlük nikaha girəcək

Moskvada fevralın 14-də sevgililərin günündə 300 ailə həyatı quracaq. SİA-nın Moskva merinin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın qeydiyyat idarələrinə sözügedən tarixdə nikahın qeydiyyata alınması üçün 288 müraciət daxil olub.

Nikahın qeydiyyata alınması üçün ərizələr 1 ay öncə sənədlərin dövlət xidmətlərinin mərkəzinə şəxsən və ya vahid portal vasitəsilə elektron qaydada təqdim olunur.

Xatırladaq ki, 2018-ci ildə Sevgililər günü evlənmək istəyən cütlüyün sayı 325 olub. Bu bayram nikah üçün ən məşhur tarixlərin reytinqinə daxil edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə