Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib

21 yanvar 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Vladimir Raxmanin ilə görüş keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası və FAO arasında ətraf mühit sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək planlar müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...