Qanlı Yanvar faciəsi İtaliya mətbuatında FOTO

İtaliyanın bir sıra kütləvi informasiya vasitələrində Qanlı Yanvar faciəsi ilə bağlı yazılar dərc olunub. “Globalist” xəbər portalında italyan tədqiqatçı Daniel Pommier Vincellinin “Qara Yanvar: Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda mübarizənin simvolu” adlı məqaləsi yerləşdirilib.

Azərbaycanın İtaliyadakı Səfirliyindən SİA-ya verilən məlumata görə, məqalədə qeyd olunur: “Xalqlar beynəlxalq ssenaridə güc və rol baxımından özlərini, etnik mənsubiyyətlərini, mədəni cəhətlərini, həmçinin öz tarixlərinə münasibətdə kollektiv və fərdi xüsusiyyətlərini müəyyən edirlər. 1991-ci ildə öz milli müstəqillik yolunu seçməklə SSRİ-dən azad olan Cənubi Qafqaz ölkəsi Azərbaycan Respublikasının halında da məhz belə olub. Maddi, iqtisadi, geosiyasi problemlərlə (və uğurlarla) yanaşı, Azərbaycan davamlı olaraq milli kimliyin formalaşması məsələləri ilə məşğul olub. Xarici və daxili qeyri-stabillik və təhdidlərdən sarsılmış bir dövrdə Azərbaycan xalqı ictimai həmrəyliyin instrumenti olan milli kimliyini müəyyənləşdirdi. Bu, toplumun böyük tarixi təcrübəsi əsasında, xüsusilə müstəqilliyə gətirib çıxaran həssas bir dövrdə baş verdi.

Bu günlərdə Azərbaycan SSR dövründə, birmənalı şəkildə müstəqilliyi boğmaq və SSRI-dən ayrılmaq mərhələsində olan sovet respublikaları arasında gərginliyin atəşini söndürmək üçün göndərilmiş 25 mindən çox sovet hərbi təhlükəsizlik qüvvələrinin Bakı şəhərini işğal etdiyi günün - Qara Yanvarın 29-cu ildönümü qeyd olunur. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə sovet qoşunları Azərbaycan ərazisi olan Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsinə və bu məsələdə SSRİ rəhbərliyinin qərəzli və birtərəfli mövqeyinə qarşı çıxan dinc vətəndaşların nümayişlərini qanlı şəkildə boğdu. Əsl vətəndaş müharibəsi olan bu hadisələr nəticəsində 147 nəfər Azərbaycan sovet vətəndaşları öldürüldü, 774 nəfər yaralandı. SSRİ rəhbərliyinin əmri ilə qoşunların Bakıya daxil olması çoxsaylı nəticələrə gətirib çıxardı, belə ki, yalnız onun liderlərinin deyil, eyni zamanda siyasi, ictimai və identik sistem kimi SSRİ sisteminin bütünlüklə legitimliyini itirməsinə səbəb oldu.

Qeyd olunduğu kimi, hər bir xalqın milli kimliyinin formalaşmasına gətirib çıxaran mühüm hadisələr məhz toplumun, o cümlədən fərdi şəxslərin təcrübəsindən qaynaqlanır. Azərbaycan xalqının tarixi yaddaşında qalan 1990-cı il hadisələrinin qurbanları İlham və Fərizənin hekayəsi bu təcrübələrdəndir. Hekayə sadə olduğu qədər də dramatikdir. Bu 30 iyun 1989-cu ildə evlənmiş və digər sovet azərbaycanlıları kimi sıravi və sadə həyat yaşayan bir gənc cütlüyün, 27 yaşlı gənc oğlan və 19 yaşlı gənc bir qızın hekayəsidir. Digər həmvətəndaşları ilə birlikdə sovet tanklarını dayandırmağa çalışarkən 19 yanvar gecəsi həyatını itirən İlham sovet repressiyasının qurbanlarındandır. Həyat yoldaşı Fərizə, üç aylıq hamilə olmasına baxmayaraq, ertəsi gün dözməyərək intihar edir. O, da ölümü ilə qəddar sovet repressiyasının qurbanı oldu. O vaxtdan etibarən onların hekayəsi milyonlarla azərbaycanlıya təsir etdi və milli Qara Yanvar faciəsinin ən bariz rəmzinə çevrildi; qurbanların kədərli hadisəsi, eyni zamanda Azərbaycan xalqının özünü dərk etməsinə səbəb olan bir hekayə. Milli kimlik həm də bundan ibarətdir”.

Habelə İtaliyanın “Askanews”, “Agenzia Nova”, “Yahoo Notizie”, “Giornale Diplomatico”, “Agenparl” kimi kütləvi inforamsiya vasitələri də Qanlı Yanvar hadisələrinə diqqət ayıraraq, bu faciənin baş vermə səbəbləri və acı nəticələri, eləcə də 20 Yanvar şəhdilərinin xatirəsinin 29-cu ildönümü münasibətilə Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən təşkil olunmuş anım tədbiri barədə də məlumatlar dərc ediblər.

Məlumatlarla aşağıdakı keçidlərdən tanış olmaq mümkündür

https://globalist.it/world/2019/01/20/gennaio-nero-il-simbolo-della-lotta-per-l-indipendenza-e-l-integrita-dell-azerbaigian-2036295.html http://www.askanews.it/esteri/2019/01/19/azerbaigian-domani-si-ricorda-il-gennaio-nero-pn_20190119_00026/
https://it.notizie.yahoo.com/azerbaigian-domani-si-ricorda-il-gennaio-nero-083816780.html
https://it.notizie.yahoo.com/azerbaigian-domani-si-ricorda-il-gennaio-nero-2-084715854.html https://www.agenzianova.com/a/5c45071366e206.40841145/2269477/2019-01-19/azerbaigian-italia-ambasciata-a-roma-ricorda-eventi-del-gennaio-nero
https://www.agenzianova.com/a/5c450718c574d2.26183772/2269478/2019-01-19/azerbaigian-italia-ambasciata-a-roma-ricorda-eventi-del-gennaio-nero-2 https://www.agenzianova.com/a/5c450727aa7de4.05350495/2269479/2019-01-19/azerbaigian-italia-ambasciata-a-roma-ricorda-eventi-del-gennaio-nero-3
https://www.agenzianova.com/a/5c450734e96132.30782775/2269480/2019-01-19/azerbaigian-italia-ambasciata-a-roma-ricorda-eventi-del-gennaio-nero-4 https://www.giornalediplomatico.it/Ambasciata-Azerbaigian-ricorda-il-Gennaio-Nero-ossia-l-occupazione-del-20-gennaio-1990.htm
https://agenparl.eu/roma-il-18-gennaio-lambasciata-della-repubblica-dellazerbaigian-si-ricorda-il-gennaio-nero/

Bütün xəbərlər Facebook səhifəmizdə