Bu gün Beynəlxalq Qucaqlaşma günüdür

Yanvarın 21-də bütün dünya qeyri adi bayramlardan biri olan Beynəlxalq Qucaqlaşma gününü qeyd edir. SİA-nın xəbərinə görə, bu gen 1986-cı ildə ABŞ-da Milli Qucaqlaşma günü kimi təsis edilən bayram daha sonra bütün dünyaya yayılıb.

Bayramın ənənəsinə görə, bu gün hətta tanımadığınız birini dostcasına qucaqlamaq mümkündür.

Bayramın təşəbbüskarı tələbələr hesab olunur. Çünki, məhz bu gün oğlan və qızlar intim motivasiya olmadan səmimi şəkildə bir-birini qucaqlayırlar. Tələbələr bu gün müxtəlif flaşmoblar keçirirlər.

Əfsanələrə görə, qucaqlaşan zaman insanlar bir-birilərinə ruhi istilik mübadiləsi edirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə