Yanvar kimi... - Qazaxıstan mətbuatı yazır

Bu gün Azərbaycanda ümumxalq hüzn günüdür. Dünyanın hər yerində yaşayan soydaşlarımızla yanaşı, digər xalqların nümayəndələri də dərdimizə şərik olduqlarını müxtəlif formalarda bildirirlər. Qardaş Qazaxıstan mətbuatında da 20 Yanvar faciəsi ilə bağlı geniş məlumatlar dərc edilib. Onlardan biri ulys.kz saytında dərc edilib.

Qazaxıstan mətbuatı 20 Yanvar faciəsi haqda belə yazır:

Bu gün Azərbaycanda milli azadlıq günüdür. Çünki 29 il bundan əvvəl, yanvarın 19-dan 20-ə keçən gecə Sovet qoşunları beş tərəfdən hüdum edərək Bakını işğal etdi. Azadlıq naminə, öz ölkəsi və torpaqları üçün küçələrə çıxan dinc insanlar atəşə tutuldu.

Sovet İttifaqı rəhbərliyinin əmri ilə törədilən bu qəddar hərəkət "Qana Yanvar" adlanır. Verilən məlumatlara görə, 133 nəfər həlak olub, 744 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. Bundan başqa, 841 nəfər qanunsuz həbs olunub və bəziləri təqib olunublar. Uşaqlar, qadınlar və yaşlılar, hətta təcili tibbi yardım həkimləri və polis məmurları gülləbaran edilib. Ölənlər və yaralananların milli tərkibi də fərqlidir. Sovet ordusu Azərbaycan SSR-nin əsas qanunu və 1965-ci il tarixli Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiyanı pozdu. Yəni Bakının qeyri-qanuni işğalı xalq tərəfindən nifrətlə qarşılandı. Daha sonra beynəlxalq ictimaiyyət bu addımı şiddəti qınadı.

O zamandan bəri hər il 20 Yanvar tarixində dövlət bayraqları endirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə