Son 24 saat ərzində Suriyaya 1.5 min qaçqın qayıdıb

Livan və İordaniyadan son 24 saat ərzində Suriyaya 1.5 min qaçqın və məcburi köçkün qayıdıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə müharibə edən tərəflərin barışıq mərkəzi və qaçqınların hərəkətinə nəzarət bülletenində qeyd olunub.

“Ötən gün ərzində Suriya Ərəb Respublikasına xarici dövlətlərin ərazisinə 1582 qaçqın geri dönüb. Livanın “Jaydet Yabus” və “Tell-Kalah” məntəqələrindən 140 nəfəri qadın, 238 nəfəri uşaq olmaqla 467 nəfər, İordaniyadan “Nasib” keçid məntəqələrindən335 nəfəri qadın, 569 nəfəri uşaq olmaqla 1115 nəfər Suriyaya qayıdıb”, - deyə, bülletendə qeyd olunub.

Qeyd edək ki, gün ərzində 158 nəfər ölkə daxilində daimi yaşayış yerlərinə qayıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə