Ermənistan daha bir diversantı "ruhi xəstə" çıxartdı

Ermənistanın Tavuş vilayətinin sakini Arman Mikaelyan Azərbaycan sərhədinə yaxın ərazidə minaya düşüb. Ermənistan KİV-in məlumatına görə hadisə dünən baş verib.

Məlumata əsasən, Noemberyan xəstəxanasına çatdırılan Mikaelyanın vəziyyəti ağırdır . Mina onun pəncəsini qoparıb. Həkimlər amputasiya əməliyyatı aparmalı olublar.

Xəbərdə deyilir ki, Mikaelyan partlayışdan 2 saat sonra hadisə yerindən təxliyə olunub.

Ermənistanın xüsusi xidmət orqanları isə hadisəni ictimaiyyətin diqqətindən yayındırmaq üçün həmin şəxsin ruhi xəstə olduğu barədə xəbərlər yayıblar. Məlumatda qeyd edilir ki, Mikaelyan sərhədə yaxınlaşaraq tikanlı məftilləri olan çəpəri aşmağa çalışıb. Həmin an partlayış baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə