ETSN-də yaradılan Qərargahın son məlumatı

17 yanvar saat 12:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28-36 m/s təşkil edir. Bu haqda məlumat SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış Qərargahdan veriblər.

Məlumatda qeyd edilir ki, dənizdə dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrdir. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

Bütün xəbərlər Facebook səhifəmizdə