Doha-Bakı-Doha aviareysi ləğv edildi

Bu gün həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib. SİA Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 11:35-də “QR 351” saylı Doha-Bakı aviareysi ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildi üçün “Qatar Airways”in yerli vaxtla saat 12:35-də Bakıdan Dohaya olan “QR 352” saylı uçuşu da ləğv edilib. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə