Bakıda külək dayanacağın damını uçurdu FOTO

Bakıda güclü külək avtobus dayanacaq məntəqələrindən birinə ziyan vurub. Belə ki, külək dayanacaq məntəqəsinin damını uçurub.

SİA-nın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.

"Artıq bununla bağlı BNA-nın əməkdaşları hadisə yerinə göndərilib. Yaranmış problem tez bir zamanda aradan qaldırılacaq".

Qeyd edək ki, Bakıda gecə saatlarından əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 4 ağac da aşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...