Son 24 saat ərzində Suriyaya 1200-dən çox qaçqın qayıdıb

Müharibə edən tərəflərin barışıq və qaçqınların hərəkətinə nəzarət mərkəzi tərəfindən yayılan bülletenə görə, son 24 saat ərzində Livan və İordaniyadan Suriyaya 1,2 mindən çox qaçqın qayıdıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Ötən gün ərzində Suriya Ərəb Respublikasına xarici ölkələrin ərazilərindən 1248 qaçqın qayıdıb. Livana “Leyt Yabus” və “Tell-Kalah” keçid məntəqəsindən 128-i qadın, 218-i uşaq olmaqla 428 nəfər İordaniyanın “Nasib" keçid məntəqəsi vasitəsilə ilə isə 246 nəfəri qadın, 418-i uşaq olmaqla ümumilikdə 820 nəfər ölkəsinə geri dönüb.

Qeyd edək ki, gün ərzində 269 nəfər ölkə daxilində daimi yaşayış yerlərinə qayıdıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə