AzTV-də kadr dəyişikliyi: Arif Alışanovun vəzifəsini Rövşən Məmmədov icra edəcək - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Arif Alışanov prezident İlham Əliyevin sərəncamı ilə AzTV-nin sədri vəzifəsindən azad edildikdən sonra QSC-nin sərdi vəzifəsinin icrası jurnalist Rövşən Məmmədova tapşırılıb.

SİA-nın verdiyi məlumata görə, Rövşən Məmmədov karyerasına “Lider” televiziyasında idman jurnalisti kimi başlayıb. Bu telekanalda Olimpiya Oyunlarında şərhçilik edən və idman xəbərlərini aparan R.Məmmədov daha sonra 2009-cu ildən İdman departamentinin rəhbəri olub.

O, 2014-cü ildə bu telekanaldan ayrılaraq AzTV-də fəaliyyətə başlayıb. O, “Günün nəbzi” və “Həftə” analitik verilişlərində aparıcılıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə