İtkin düşmüş Maksim Baxaryev Ekvadorda tapılıb

Səkkiz il əvvəl itkin düşmüş Rusiya vətəndaşı Ekvadorda tapılıb. SİA xəbər verir ki, Maksim Baxaryev Ekvadorun paytaxtı Kitoda aşkar edilib.

Səkkiz il əvvəl Maksim Baxaryev Ekvadora gəldikdən bir müddət sonra pulsuz və sənədsiz qalaraq evsizlər siyahısına düşüb. Onun ruhi vəziyyətində problemlər olduğu bildirilir. Sosial xidmətlərin nümayəndələri Rusiya səfərliyinə məlumat verdikdən sonra Maksim Baxaryevin Sankt-Peterburqda yaşayan valideynləri ilə əlaqə saxlanılıb və onun vətənə qayıtması təmin edilib. M.Baxaryevi Sankt-Peterburqda valideynləri qarşılayıblar.

Səkkiz il əvvəl itkin düşmüş şəxsin Ekvadora gəlməsinin səbəbləri məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə