“Səs” qəzeti cəmiyyətin bütün təbəqələri üçün maraq doğuran mətbu orqandır” TƏBRİK-ÖZƏL

“Səs” qəzeti çağdaş tariximizin səlnaməsi olmaqla yanaşı, həm də ölkənin ictimai-siyasi proseslərinə ayna tutan, cəmiyyətin bütün təbəqələri üçün maraq doğuran mətbu orqandır”. Bu fikirləri SİA-ya Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.

O bildirib ki, "Səs" qəzetindən kök alan media qurumlarının bugünkü nüfuzu və ictimai rəyin formalaşmasına təsir dairəsi deməyə əsas verir ki, bu böyük məktəb hələ inkişaf mərhələsini yaşayır, genişlənir və dinamikliyini qoruyur.

B. Məmmədov vurğulayıb ki, ümumilikdə SƏS Media Qrupunun fəaliyyəti təkcə ölkə daxilində ictimai rəyə təsirlə məhdudlaşmır, eyni zamanda beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin eşidilməsində, ölkəmizin olduğu kimi təqdim edilməsində ciddi xidmətlər göstərir:

“Bu baxımdan "Səs" qəzetinin kollektivinin, Baş redaktor Bəhruz Quliyevin fəxr eləməyə, səmərəli fəaliyyətin parlaq nəticələri ilə öyünməyə haqqı var! "Səs" qəzetinin əzmkar və peşəkar kollektivini ürəkdən təbrik edir, səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram!”

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...