AQTA-da bazar tipli ticarət mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib

Bu gün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində 30-dan çox bazar tipli ticarət mərkəzinin rəhbəri ilə görüş keçirilib. Məqsəd bazar tipli ticarət mərkəzlərində qida təhlükəsizliyi nəzarətinin təkmilləşdirilməsidir.

Agetlikdən SİA-ya verilən məlumata görə, görüşdə sahibkarların diqqətinə çatdırılıb ki, Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir. Bazar tipli ticarət mərkəzlərinin rəhbərləri də bu istiqamətdə öz fəaliyyətlərini təkmilləşdirməli və məhsulun təhlükəsiz satışını təmin etməlidirlər.

Qida Təhlükəsizliyi Agentliyinin Sədrinin müavini Rəşad Mafusov sahibkarlara Agentliyin əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bazar tipli ticarət mərkəzlərinin rəhbərləri də bu prosesə qoşulmalıdır. Həmçinin, bu tipli ticarət mərkəzlərində yeni nəzarət sisteminin qurulması təmin edilməlidir.

Sonda bazar tipli ticarət mərkəzləri rəhbərlərinin problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə