3 rayonda kompleks torpaq tədqiqatları aparılıb

15-18 dekabr tarixlərində Şəki, Ağdaş və Göyçay rayonlarında AMEA İşlər idarəsi, Yüksək Texnologiyalar Parkı, Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar institutları (TAİ) və AR Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə kompleks torpaq tədqiqatları aparılıb. AMEA-dan SİA-ya verilən xəbərə görə, sözügedən rayonlardakı fermer təsərrüfatlarından götürülən torpaqlarda “Səyyar (mobil) aqrar tədqiqat laboratoriyası” vasitəsilə ilkin aqrokimyəvi analizlər aparılıb, nəticələrə əsasən gələcəkdə həmin sahələrin yaxşılaşdırılması məqsədilə təkliflər verilib.

Qeyd edək ki, növbəti tədqiqatlar Goranboy və Tərtər rayonlarında aparılacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə