Santa Klaus Tramp və Putinə hədiyyə verəcək

Laplandiyadan olan katolik miladın baş sehrbazı sayılan Santa Klaus ABŞ, Rusiya, Finlandiya prezidentlərinə bayram hədiyyəsi təqdim etməyə hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, lakin Santa Klaus hədiyyələrin nədən ibarət olacağını açıqlamayıb.

“Mən hədiyyənin nədən ibarət olacağını gizli saxlayacam. Əgər siz onların nədən ibarət olduğunu bilmək istəyrsinizsə, o zaman Donald Tramp, Vladimir Putin və Sauli Niinistönun özündən soruşmalı olacaqsınız”, - deyə Santa Klaus bildirib.

Qeyd edək ki, Santa Klausun rəsmi yaşayış yeri Finlandiyanın Rovaniemi şəhəri yaxınlığında yerləşən kənddədir.

O yeni il qabağı Rusiyaya səfər edəcəyini və bunun üçün hazırlıqların getdiyini açıqlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə