"Azərbaycan Hindistandan turistlərin cəlb olunması üzərində işləyir"

Azərbaycan Turizm Assosiasiyası (AzTA) ölkəyə Hindistandan turistlərin cəlb olunması üzərində işləyir. Bunu Trend-ə assosiasiyanın sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, AzTA hazırda müxtəlif Hindistan şirkətləri ilə danışıqlar aparır:

"Assosiasiya Bakıda Hindistan filminin bəzi səhnələrinin çəkilməsi təşəbbüsü ilə çıxış edib. Bu filmin çəkilişləri bir müddət əvvəl başa çatıb. Film ekranlara çıxanda bu, Azərbaycan üçün böyük reklam olacaq. Bu cür filmlər həmçinin Hindistandan turist axınının artmasına təsir göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə