72 nəfər əlil Naxçıvana müalicəyə göndərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72 nəfər əlilliyi olan şəxs Naxçıvan MR-dəki müalicə müəssisələrinə göndərilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, onlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıblar.

Əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpasına, reabilitasiyasına xidmət edən işlər ildən-ilə güclənir. Fiziki məhdudiyyətli vətəndaşların sanator-kurort yollayışları ilə təminatı da həyata keçirilməkdədir.

Yola salınan şəxslərin 22 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 29 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında, qalan 21 nəfəri isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 10 gün müddətində müalicə kursu keçəcəklər.

Bu ayın əvvəlindən artıq 117 nəfər əlilliyi olan şəxsin Naxçıvan MR-dəki müalicə müəssisələrində müalicə kursu keçmələri təşkil edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə