Yaponiya parlamentinin deputatı Şəhidlər xiyabanını ziyarət edib

Bakıda iki gün davam edən Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal Konfransının iştirakçısı, Yaponiya parlamentinin üzvü Masanobu Ogura dekabrın 16-da Şəhidlər xiyabanında olub. SİA-ya Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, yaponiyalı deputat Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılan “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyub.

Masanobu Oguranı Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları müşayiət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə