"Mətbuatda anlaşılmaz ifadələr istifadə edilir"

"Mətbuatda şifahi nitqdə və yazıda Azərbaycan dilinin istifadəsi zamanı bir çox anlaşılmaz ifadələr müşahidə olunur. Mətbuatda nədənsə, Azərbaycan dilində mövcud olan anlayışların ingilis variantı istifadə edilir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Mətbuat Şurasının dil üzrə monitorinq qrupunun rəhbəri İlham Abbasov "Azərbaycanın media məkanında ədəbi dilin qrammatikasına dəstək" lahiyəsi çərçivəsində keçirilən "Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər" mövzusunda konfransda deyib.

O bildirib ki, mətbiatda bəzi qurumların qısaltmaları, abreviaturalarının Azərbaycan variantı deyil, ingilis dilində olan variantı istifadə edilir: "Məsələn, UNEC və s. Son dövrlərdə İqtisadiyyat Universiteti israrla tələb edir ki, mətbuat ali məktəbin adınının abreviaturasının məhz ingilis dilində olan formasını yazsın. Bu doğru deyil".

Son dövrlərdə Azərbaycan mətbuatında dilin leksik normasının pozulması hallarının xeyli azaldığını deyən mütəxəssis qeyd edib ki, amma buna baxmayaraq qrammatik və üslub pozuntular hələ də qalmaqdadır: "Azərbaycanda çıxan istənilən mətbuat orqanında, istənilən yazıçının əsərində vergül səhvi var".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə