Siqaretdən istifadəyə tamamilə qadağa qoyulacaq

İsveç parlamenti 2019-cu ilin iyul ayından etibarən siqaret çəkməyi qadağan etdiyini, eyni zamanda 2025-ci ilin sonunadək tütün məhsulları satışının tamamilə qadağan olunmasını qarşısına məqsəd qoyduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, statistikaya əsasən Skandinaviya ölkəsində cari əhalinin yüzdə 11%-i tütün məhsulları, yüzdə 10%-i isə müəyyən vaxtlarda siqaret çəkir.

2005-ci ildə siqaretdən istifadə qapalı məkanlarda qadağan edilmişdisə, gələn ilin iyul ayından etibarən açıq ərazilərdə, xüsusilə parklarda, qatar stansiyalarında, stadion, idman zalları, ev, bina, restoran və kafe qarşısında oturaraq və ya ayaq üstə siqaret çəkilməsi qadağan ediləcək.

Hazırda İsveçrədə iş yerində və dövlət sektorlarında siqaret çəkmək üçün şöbələr var. İsveç Parlamenti 2025-ci ildən etibarən tütün məmulatlarının ölkədə satılmayacağını və dolayısı ilə siqaret, siqar, boru tütün və elektron siqareti qadağan edəcəyini açıqlayıb.

Aysel Azad

Bütün xəbərlər Facebook səhifəmizdə