Deputat parlamentin yuxarı palatasının sədri ilə görüşdü

Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyyəti 13-14 dekabır tarixində Sloveniyada səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyyətinin üzvü Milli Məclisin deputatı Rauf Əliyev Sloveniya Parlamentinin yuxarı palatasının (Dövlət Şurası) sədri Aloys Kovştsa ilə görüşüb.

Görüşdə Azərbaycanla Sloveniya arasında möhkəm dostluq əlaqələrinin mövcud olduğu qeyd olunub. Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadənin 100 illiyinin Sloveniyada belə yüksək səviyyədə qeyd olunmasının buna bariz nümunə olduğu vurğulanıb.

Görüşdə ölkələrimiz arasında enerji, iqtisadiyyat, ticarət, mədəniyyət, idman və turizm sahələrinin inkişafı üçün əlverişli imkanların olduğu qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...