AZAL-da təyyarə bələdçisi işləmək istəyən xanımların nəzərinə

"Azərbaycan Hava Yolları" (AZAL) xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir. AZAL-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sənəd qəbulu 2018-ci il dekabrın 17-dən 2019-cu il yanvarın 17-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər.

Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, mütləq qaydada azərbaycan, rus və inglis dillərində sərbəst danışan xoş görünüşlü xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmək arzuolunandır.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur:

- şəxsiyyət vəsiqəsi;

- bir fotoşəkil (3х4);

- xarici pasport;

- diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa).

Bütün sənədlər Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları”nın (AZAL) Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.

Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74)

Bütün xəbərlər Facebook səhifəmizdə