İndoneziyalı deputat: "Dünyada "Sükut günü" olsun"

"Dünyanın bir günlük də olsa, dincliyə, sükuta ehtiyacı var". SİA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin V Qlobal Konfransında indoneziyalı deputat Putu Supadma Rudana deyib.

O, qeyd edib ki, ölkəsində, konkret olaraq, dünyanın ən məşhur istirahət guşələrindən olan Bali adasında ilin bir günü "Sükut günü" kimi qeyd edilir: "Həmin gün hamı evdə olur, heç yerə çıxmır, iş görmür, səs-küy salmır. Çünki bir günlük də olsa, sükuta, səssizliyə, dincliyə ehtiyac var, buna ehtiyac duyuruq. Hesab edirik ki, bu təcrübədən istifadə etmək olar. Çünki dünyanın bütövlükdə sükuta, dincliyə ehtiyacı var. Qoy, heç olmasa, bir gün dünyamız dinc olsun".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə