Səbail Rayon İcra Hakimiyyəti başçısının yeni müavini təyin edildi

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Abid Əliyev vəzifəsindən azad edilib. SİA-nın verdiyi məlumata görə, bununla bağlı RİH başçısı Vüqar Zeynalov müvafiq əmr imzalayıb.

V.Zeynalovun digər əmri ilə həmin vəzifəyə Vüqar Şıxəmmədov təyin olunub. O, bundan öncə Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

A.Əliyevin Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında idarə rəisi təyin ediləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə