Sabunçu Gənclər Evi gəncləri biraraya yığacaq

Dekabrın 17-də Sağlam Düşüncə Gənclər Təşkilatı, Gənclər və İdman Nazirliyi, Polşa milli Agentliyinin tərkibində fəaliyyət göstərən SALTO Eastern Europe and Caucasus və Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə Avropa İttifaqının yeni proqramı-Avropa Həmrəylik Korpusu (European Solidarity Corps (ESC)) proqramına Şərqi Avropa və Qafqaz ölkələrinin də qoşulması və Azərbaycan gəncləri üçün yaranan yeni imkanlarla tanış olmaları ilə əlaqədar açılış tədbiri keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, gənclər təşkilatları və fəal gənclər iştirak edəcəklər.

Belə ki, Avropa Könüllülük Xidməti (European Voluntary Service) Erasmus+ proqramının tərkibindən çıxarılaraq Avropa Həmrəylik Korpusu (ESC) adlı yeni bir proqram yaradılıb. Yeni proqramın təqdimatı zamanı Azərbaycan gəncləri və gənclər təşkilatları üçün yaranan imkanlar haqqında danışılacaq və Avropa Könüllük Xidmətində iştirak etmiş gənclər öz təcrübələrini bölüşəcəklər. Həmçinin SALTO-un Şərqi Avropa və Qafqaz ölkələri üzrə nümayəndəsi proqramla bağlı gəncləri maraqlandıran sualları cavablandıracaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə