Hava pisləşdi 48 reys təxirə düşdü

Moskva hava limanlarında ümumilikdə 43 uçuş gecikib və təxirə salınıb. SİA bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Məlumata görə, “Domodedova” hava limanında 10 uçuş gecikdirilib, 8 isə təxirə salınıb.

Vnukovoda 13 uçuş, “Sheremetyevoda” 12 uçuşun təxirə salındığı qeyd olunur.

Qeyd edək ki, bundan əvvəl Moskvada dekabrın 13-də hava şəraitinin pisləşəcəyi ilə bağlı paytaxt sakinlərinə xəbərdarlıq edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə