Permafrostun əriməsi 4 milyondan çox insanın həyatına təsir edəcək

Permafrost hesab olunan buzlaqlarında ərimə Arktikanın infrastrukturunun 30-70% -ni məhv edəcək və 4 milyondan çox insanın həyatına təsir edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, elm adamları bu barədə yeni aparılan araşdırmada bildiriblər. Məlumata görə, bu prosesi faktiki olaraq dayandırmaq mümkün deyil.

Məlumata görə, buzlaqların əriməsi yerli xalqların ənənəvi həyat tərzini dramatik şəkildə dəyişməklə yanaşı, yaradılan bütün infrastrukturu məhv edir.

“Sənaye inqilabı başlanandan Arktikada orta temperatura 1 dərəcə artıb və gələcəkdə bu proses Paris müqaviləsi ilə də dayandırıla bilməz”, - deyə Tümendəki Rusiya Elmlər Akademiyasının Sibir Filialının Kriosfer İnstitutunun və Feyrbanksdəki (ABŞ) Alyaska Universitetinin əməkdaşı Vladimir Romanovski deyib.

Cənub Sibir, Alyaska və Kanadadakı permafrostun əriməsi yüz minlərlə illik buzlanma üzərində yığılmış milyonlarla ton organik maddəni azad edəcək. Atmosferə buraxılan metan və karbon dioksid nəticəsində bitki və heyvan qalıqları çürüyəcək, eyni zamanda qlobal istiləşməni daha da artıracaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə