Mehdi Hüseynzadənin 100 illik yubileyi Sloveniyada keçiriləcək

Milli Məclisin deputatı Rauf Əliyev Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Sloveniyada səfərdədir. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Nova Qoritsa şəhərində keçiriləcək tədbirlərdə Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin həyatı və fəaliyyəti barədə məlumat veriləcək, onun İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı apardığı mübarizədə nümayiş etdirdiyi hərbi şücaətləri barədə xatirələr səsləndiriləcək.

Səfər dekabrın 14-də başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə