Şəkidə qaydaları pozan 25 sürücü barəsində inzibati tədbirlər görülüb

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki regional şöbəsinin əməkdaşları qaydaları pozan sürücülərə qarşı reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı məlum olub ki, bir sıra avtobus və mikroavtobus sürücüləri müvafiq sənədləri, fərqlənmə nişanları olmadan qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. Avtomobilin üst hissəsinə qanunsuz olaraq yük yeri bağlayan, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan sürücülər aşkarlanıb. Ümumilikdə, 25 sürücü barəsində inzibati tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə