Braziliyada Azərbaycanın adını daşıyan bələdiyyə məktəbində xeyriyyə tədbiri keçirilib

Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən Rio-de-Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan bələdiyyə məktəbində xeyriyyə tədbiri keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəb şagirdlərinə “Escola Municipal Azerbaijao” (Azərbaycan adına bələdiyyə məktəbi) yazılı maykalar və digər məktəb ləvazimatları hədiyyə edilib, ilin ən yaxşı şagirdlərinə səfir Elxan Poluxovun təşəkkürnaməsi təqdim edilib.

Məktəb tərəfindən Azərbaycanın Braziliyadakı səfirliyinə il ərzində göstərdiyi dəstəyə, eləcədə bağışlanmış hədiyyə və ianələrə görə minnətdarlıq bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə