ETSN-də Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüş olub

10 dekabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. SİA-ya nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla Türkiyə arasında ətraf mühit, meşələrin mühafizəsi, balıqçılıq, hidrometeorologiya və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə