Paytaxtın bu hissələrində 2 gün su olmayacaq

Yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması və köhnə xəttin ləğvi ilə əlaqədar 10-11 dekabrda Hövsan qəsəbəsinə, Qaraçuxur və Əmircan qəsəbələrinin isə bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə SİA-ya "Azərsu” ASC-dən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə