Ombudsman: "Azərbaycanda insan hüquqları sahəsində sistemli iş aparılır"

"Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra digər sahələrlə yanaşı insan hüquqları sahəsini də önə çəkdi və bütün fundamental hüquqlar Konstitusiyada öz əksini tapdı". SİA-nın məlumatına görə, bunu insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova Gənclər və İdman Nazirliyinin və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə “Gənclərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təhsili üzrə milli forum”da deyib.

E.Süleymanova bildirib ki, insan hüquqları sahəsində problemlərdən biri də gender bərabərliyinin pozulmasıdır. Onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır. Ombudsman qeyd edib ki, insan hüquqlarının pozulmasının mərkəzində dayanan əsas məsələlərdən biri də zorakılıqdır.

O vurğulayıb ki, zorakılığın qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir və bu, effektiv nəticələr verir: “Uşaqlar insan hüquqlarını nə qədər kiçik yaşdan öyrənsələr, daha səmərəli olar. Ölkəmizdə bu istiqmətdə regionlarda geniş maarifləndirmə işləri həyata keçirilir. Azərbaycanda insan hüquqları sahəsində sistemli iş aparılır. Prezident tərəfindən imzalanan milli fəaliyyət planı bu sahədə geniş işlərin aparılmasına şərait yaradıb".

Bütün xəbərlər Facebook səhifəmizdə