Paytaxtın “Abad məhəllə”lərində idman yarışları davam edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında paytaxt Bakı şəhərinin bütün rayonlarında “ABAD məhəllə” layihəsi çərçivəsində əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilən məhəllələrin sayı durmadan artır. Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, bu məhəllələrdə sakinlərin istirahəti, eləcə də yeniyetmə və gənclərin idmana cəlb olunması üçün hər cür şərait yaradılıb, futbol, basketbol meydançaları və digər idman qurğuları quraşdırılıb.

Məhz görülən bu işlərlə əlaqədar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və paytaxt rayonlarının Gənclər və İdman İdarələri tərəfindən Bakı şəhərindəki yeni salınmış məhəllələrdə uşaq və yeniyetmələr arasında mini-futbol və şahmat yarışları start götürmüş, bu yarışlar məhəllə sakinləri arasında böyük marağa səbəb olaraq və rəğbətlə qarşılanmışdır.

Bu ilin dekabr ayının əvvəlində Yasamal, Nizami, Nəsimi, Xəzər, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında başlanmış yarışlar qrafikə uyğun olaraq müxtəlif məhəllələrdə davam etdirilir. Eyni zamanda Qaradağ, Suraxanı, Səbail və Xətai rayonlarında da yarışların keçirilməsinə start verilmişdir.

Ümumilikdə hər iki – rayon və şəhər final mərhələsi üzrə keçiriləcək mini-futbol yarışlarında 130 komanda tərkibində 1300 nəfər, şahmat yarışlarında 200 nəfər yeniyetmə (cəmi 1500 nəfər) iştirak edir.

Hazırda yarışlar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə