24 saat ərzində Suriyaya 670-dən çox qaçqın qayıdıb

Son 24 saat ərzində Livan və İordaniyadan Suriyaya 670-dən çox adam qayıdıb. SİA-nın xarici mətbuata ustinadən verdiyi xəbərə gör, bu barədə Müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin bülletendə qeyd olunub.

Məlumata görə, ötən gün ərzində arici dövlətlərin ərazisindən 676 qaçqın öz yurd-yuvasına yəni Suriya Ərəb Respublikasına geri dönüb: "Livan daxil olmaqla, "Jaydet Yabus" keçid məntəqələrindən - 94, (qadınlar - 28, uşaqlar - 48), "Tell-Kalah"dan 63, (qadınlar - 19, uşaqlar - 32) İordaniyanın "Nasib" keçid məntəqəsindən isə 519 nəfər (qadınlar - 156, uşaqlar - 265) Suriyaya qayıdıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə