Aİİ-də “Həyata tələbə baxışı” mövzusunda seminar keçirilib FOTOLAR

Aİİ-də “Tələbə seminarları” layihəsi çərçivəsində birinci kurs tələbəsi Fərid Qasımzadənin təqdimatında “Həyata tələbə baxışı” mövzusunda seminar təşkil olunub. SİA-nın verdiyi məlumata görə, Aİİ-nin əməkdaşı Emin Orucov seminar iştirakçılarını salamlayaraq, tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə İnstitutun müxtəlif mövzularda seminarlar, “dəyirmi masa”lar, treninqlər və görüşlər keçirməsinə xüsusi önəm verdiyini bildirib.

Aİİ rəhbərliyinin, müəllim və tələbə heyətinin iştirak etdiyi seminarda rektor Ceyhun Məmmədov bildirib ki, layihə istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması, tələbələrin bilik səviyyələri, bacarıq imkanlarının nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir. Rektor qeyd edib ki, Aİİ-nin belə layihələri təşkil etməkdə məqsədi tələbələri elmi fəaliyyətə istiqamətləndirmək, bu yöndə onların fəallığına nail olmaqla tələbə mərkəzli təhsil müəssisəsi yaratmaqdır.

İnstitut rəhbəri bu tipli seminarların tələbələrin nitq mədəniyyətinin formalaşmasında, ictimai əhəmiyyətli fikirlərinin zənginləşdirilməsində xüsusi rol oynadığını vurğulayıb.

Aİİ-nin birinci kurs tələbəsi Fərid Qasımzadə “Həyata tələbə baxışı” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, ilahiyyatçı kimi formalaşmalarında Aİİ-nin rəhbər və müəllim kollektivinin böyük dəstəyi vardır. Tələbənin ehtiyac duyduğu qayğı və diqqətin hər zaman hiss edildiyini söyləyən F. Qasımzadə şəxsi inkişafa qoyulan “sərmayə”ni daim artırmağın vacibliyini diqqətə çatdırıb. O bildirib ki, tələbə kimi uğurlu həyatın ən vacib məqamı zamanı doğru dəyərləndirməkdir.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə