Səttar Möhbalıyev növbəti müddətə BHİK-in vitse-prezidenti seçilib

AHİK-dən xəbər verildiyi kimi, dekabrın 2-7-də Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı keçirilib. SİA-nın verdiyi məlumata görə, qurultayın son günü BHİK-in rəhbər orqanlarına seçkilər keçirilib.

Qurultayda iştirak edən Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib.

Qeyd edək ki, qurultayın gedişində Azərbaycan Prezidentinin içtimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ingilis dilində çap olunan “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabı Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən iştirakçılara paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə