"Qeydiyyat məsələsi yüngülləşdirilməli və asanlaşdırılmalıdır" TƏKLİF

Deputat Zahid Oruc Mənzil Məcəlləsinin tamamilə yeniləndirilməsi, dəyişdirilməsi təklifi ilə çıxış edib. SİA-nın xəbərinə görə deputat qeyd edib ki, Bakıda qeydiyyat məsələsi yüngülləşdirilməli və asanlaşdırılmalıdır: "Biz artıq Sovet dövründə yaşamırıq. O zamanlar xüsusilə, Bakı şəhərində qeydiyyat məsələsi çox ağır idi. Ona görə indi bu məsələdə də yüngülləşdirici addımlar atılmalıdır. Konkret olaraq, qanunvericiliyə, Mənzil Məcəlləsinə ciddi yeniliklər, dəyişikliklər edilməlidir. Məsələn,qeydiyyat məsələsi vətəndaşın yaşayış yeri üzrə aparılmalıdır. Yəni, onun yaşadığı mənzili dərhal onun adına sənədləşdirməmək də olar. Əsas odur ki, qeydiyyat proseduru sadələşdirilsin, sonra digər addımlar atılsın".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə