Dünyada işsizlik səviyyəsi son 50 ildə ən aşağı səviyyəyə çatıb

“Bu ilin sentyabr ayında dünyada işsizlik səviyyəsi 5,2% təşkil edib ki, bu da 2010-cu illə müqayisədə 2,8% az olmaqla yanaşı, 1980-ci ildən indiyədək ən aşağı göstəriciyə çatıb”. SİA-nın xəbərinə görə, bu barədə İsveçrənin UBS Bankı tərəfindən aparılan araşdırma nəticəsində məlum olub.

Məlumata görə, hazırda Avropa və Şimali Amerikada işsizlik səviyyəsi indiyədək mövcud olduğundan, hətta Asiya-Sakit okean regionundan da aşağı səviyyədədir.

Qeyd olunanlara görə, hazırda insanların əksəriyyəti üçün əsas problem işsizlik deyil, yaradılmış iş yerlərinin keyfiyyətinin aşağı səviyyədə olmasıdır.

UBS Bankının maliyyə mütəxəssisləri tərəfindən 48 inkişaf etmiş və inkişaf etməkdə olan ölkə arasında aparılan tədqiqə əsasən, insanların dünya istehsalına ümumi töhfəsi 84% -ə çatıb. Proqnozlarına görə, 2018-ci ilin sonuna kimi dünyanın ən inkişaf etmiş ölkələrində 50 il ərzində ilk dəfə işsizlik səviyyəsi 5.2% -ə düşəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...