Dövlət Agentliyinin beynəlxalq əlaqələri genişlənir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə “Türksat” şirkətinin direktoru Cenk Şen, daha sonra isə Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Şahzad Aryubi arasında görüşlər keçirilib. Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Türkiyə tərəfi ilə keçirilmiş görüşdə qonağa “ASAN xidmət” barədə məlumat verilib, Elektron hökumət sahəsində Dövlət Agentliyi ilə “Türksat” şirkəti arasında gələcək əməkdaşlıq perspektivləri üzrə müzakirələr aparılıb.

Əfqanıstan tərəfi ilə keçirilmiş görüşdə 2016-cı ildə imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində növbəti əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Elektron Hökümətin İnkişafı Mərkəzində təşkil olunan görüşlərdə qonaqlar Mərkəzin fəaliyyəti ilə də tanış olublar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...