ETSN əməkdaşlarının Binəqədi RİH-nin nümayəndələri ilə görüşü keçirilib

Binəqədi rayonu ərazisində ekoloji vəziyyətin təhlili və bu sahədə olan çatışmazlıqların aradan qaldırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşlarının Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri ilə görüşü keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Binəqədi rayonunda mövcud olan ekoloji problemlər və onların həlli istiqamətində müzakirələr aparılıb.

Əsasən metallurgiya müəssisələrinin, ictimai-iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosfer havasına atılan tullantıların qarşısının alınması, bərk məişət tullantılarının düzgün idarə olunması, yeni yaşıllıq massivlərinin salınması üçün boş torpaq sahələrinin ayrılması hesabına yaşıllıq sahələrinin miqyasının ümumi rayon ərazisinin 20 faizinə çatdırılması və quru ağacların yerində yenilərinin əkilməsi məsələləri müzakirə olunub.

Belə görüşlərin digər rayonların İcra Hakimiyyətləri ilə də keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...