AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir. “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri noyabr ayının 21-də Xətai rayonu 264 saylı orta məktəbdə keçirilib.

Agentlikdən SİA-ya verilən məlumata görə, məqsəd şagirdlərə qida təhlükəsizliyi anlayışının aşılanması, məktəblilər arasında qida təhlükəsizliyi vərdişlərinə düzgün riayət olunmasını təbliğ etməkdir. Maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb. Tədbirdə 200-ə yaxın şagird və müəllimə qida təhülkəsizliyi, meyvə-tərəvəzin dezinfeksiyası, şokaladın düzgün istehlak qaydaları, süd və süd məhsullarının faydaları barədə məlumatlar verilib.

Qeyd edək ki, AQTA “Sağlam məktəbli” layihəsi çərçivəsində indiyədək 5 maarifləndirici keçirib, ümumilikdə isə cari il ərzində layihənin 9 ümumtəhsil məktəbdə keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə