Azərbaycan jurnalistləri Rusiyaya səfər edəcəklər TƏDBİR

Əflatun Amaşov: "Azərbaycan Mətbuat Şurası və Rusiya Jurnalistlər İttifaqı arasında imzalanan müqavilə iki ölkə jurnalistləri arasında əlaqələri daha da inkişaf etdirəcək"

"Noyabrın 18-də Azərbaycan Mətbuat Şurası və Rusiya Jurnalistlər İttifaqı arasında imzalanan memorandum iki ölkə jurnalistləri arasında əlaqələri daha da inkişaf etdirəcək". SİA xəbər verir ki, bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

O bildirib ki, bu memorandumu bağlamaqda məqsəd əlaqələri möhkəmləndirməkdir: "Bu vaxta qədər də iki ölkə arasında jurnalistika sahəsində əlaqələr mövcud idi. İmzalanmış memorandumun da əlaqələrimizin möhkəmləndirilməsinə töhfəsini verəcəyinə inanırıq. Qeyd etmək istərdim ki, hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri planlaşdırılır. Mayda Azərbaycan jurnalistləri Rusiyaya səfər edəcəklər".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə