DSX ilə Türkiyə Silahlı Qüvvələri arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb FOTO

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DSX-dən SİA-ya verilən məlumata görə, görüşdə Аzərbaycan Dövlət Sərhəd Xidməti ilə Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. General-polkov­nik Elçin Quliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və strateji tərəf­daş­lıq münasibət­lərinin qurulmasında Ümummilli Lider Heydər Əli­yevin əvəzsiz xid­mət­lərini xüsusi qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin inkişafına ciddi önəm verərək həyata keçirdiyi dövləti si­ya­sət sayəsində qarşı­lıqlı əlaqə­lərin ən yüksək səviyyədə olma­sını vurğulayıb.

Söhbət əsnasında АR-in dövlət sərhədindəki mövcud əməliy­yat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermə­nistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Bununla yanaşı qeyri-leqal miqra­siya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlıq fəaliyyətləri ilə mübarizədə həyata keçirilmiş təd­bir­lər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki ba­za­nın təkmilləşdirilməsi üzrə görülmüş işlər və qazanılmış nai­liyyətlər barədə məlumat verilib.

Tərəflər arasında sərhəd mühafizəsinin möhkəmlən­dirilməsi, təc­rübə və məlumat mübadiləsinin aparılması, birgə təlimlərin təş­kili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq do­ğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səla­hiyyətli səfiri Erkan Özoral da iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DSX-dən Trend-ə verilən məlumata görə, görüşdə Аzərbaycan Dövlət Sərhəd Xidməti ilə Türkiyə Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. General-polkov­nik Elçin Quliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və strateji tərəf­daş­lıq münasibət­lərinin qurulmasında Ümummilli Lider Heydər Əli­yevin əvəzsiz xid­mət­lərini xüsusi qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin inkişafına ciddi önəm verərək həyata keçirdiyi dövləti si­ya­sət sayəsində qarşı­lıqlı əlaqə­lərin ən yüksək səviyyədə olma­sını vurğulayıb.

Söhbət əsnasında АR-in dövlət sərhədindəki mövcud əməliy­yat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermə­nistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub. Bununla yanaşı qeyri-leqal miqra­siya, qaçaqmalçılıq, narkotiklərin daşınması və digər transsərhəd cinayətkarlıq fəaliyyətləri ilə mübarizədə həyata keçirilmiş təd­bir­lər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki ba­za­nın təkmilləşdirilməsi üzrə görülmüş işlər və qazanılmış nai­liyyətlər barədə məlumat verilib.

Tərəflər arasında sərhəd mühafizəsinin möhkəmlən­dirilməsi, təc­rübə və məlumat mübadiləsinin aparılması, birgə təlimlərin təş­kili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq do­ğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səla­hiyyətli səfiri Erkan Özoral da iştirak edib.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...