"2019-cu ildə 45 500 insanın pensiyası 35 faiz artacaq"

"2019-cu ildə 45 500 insanın pensiyası 35 faiz artacaq". SİA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST-un təqdimat mərasimində çıxış edərkən deyib.

O bildirib ki, gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq: "Pensiya təyinatının avtomatlaşdırılması hər il 67 min pensiya alan şəxsin həyatını yüngülləşdirəcək. Artıq pensiyaların təyin olunması avtomatik qaydada aparılacaq, vətəndaşlarımızın Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə getmələrinə ehtiyac qalmayacaq". Nazir əlavə edib ki, 15 dekabrda etibarən elektron məlumat bazasının test rejimində fəaliyyət göstərəcək: "Məlumat bazasının əhəmiyyəti odur ki, pensiya yaşına çatan hər kəs öz doğum günündə onun pensiyaya çıxması ilə əlaqədar sms bildiriş alacaq".

S.Babayev onu da qeyd edib ki, pensiya sisteminin avtomatlaşdırılması ilə bağlı layihə Milli Məclisə təqdim olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə