Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu nazirliyin 100 illiyi ilə əlaqədar fərdi jurnalist yazıları müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi
Azərbaycanda sosial müdafiə sisteminin keçdiyi inkişaf yolu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial siyasətin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf strategiyasının nailiyyətlərindən biri kimi ölkədə təkmil və etibarlı sosial müdafiə sisteminin qurulması və təkmilləşdirilməsi, sistemin müasir inkişaf istiqamətləri, dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi şəraitində vahid platformadan operativ və tam şəffaf təşkili məqsədilə aparılan islahatlar barədə geniş ictimai məlumatlandırmanın həyata keçirilməsində peşəkar jurnalist əməyinin stimullaşdırılması.
Müsabiqənin mövzusu
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah”
Müsabiqədə iştirak
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:
5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər.
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində).
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)
5. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazıların qəbul qaydaları
1.Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə
2.Yazının elektron variantı (Times New Roman (12) şriftində -CD diskdə) 1 nüsxə
3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə
4.Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə)
Tələb olunan sənədlər
1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)
2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə)
3. Şəxsiyyət vəsiqəsi və surəti,
4. Şəxsi VÖEN və surəti ,
5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı. Hesabın aktiv olması təsdiqlənməlidir).
Qeyd: İştirakçı haqqında məlumat cədvəlini əldə etmək üçün Fonda müraciət edə bilərsiniz.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.
Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların qəbulu 20 noyabr 2018-ci il tarixində başlayır, 20 dekabr 2018-ci il tarixdə başa çatır.
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.
Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması
Müsabiqədə I yer üçün 1 nəfər (1000 manat);
II yer üçün 2 nəfər (800 manat);
III yer üçün 3 nəfər (500 manat)
yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulmuşdur.
Bundan əlavə, 5 yazı müəllifinə (hər biri 200 manat) həvəsləndirici mükafatlar veriləcəkdir.
Qaliblər, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):
Yazının istiqaməti |
|
Yazının adı |
|
Müəllifin adı, soyadı, atasının adı |
|
Mətbuatda təxəllüsü (əgər varsa) |
|
İşlədiyi KİV |
|
Vəzifəsi |
|
Yazının dərc olunduğu mətbuat orqanı |
|
Ünvanı və poçt indeksi |
|
- iş telefonu |
|
- ev telefonu |
|
- mobil telefonu |
|
- elektron poçt ünvanı |
|
M.Y.
Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2018-ci il
Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.
Əlaqə telefonları: (012) 537 19 41; (012) 537 19 45; Elektron ünvan: info@kivdf.gov.az , kivdf.info@gmail.com
Sayt: www.kivdf.gov.az
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib"
İqtisadiyyat 19:44BMT-nin hesabatı: Dünyada 282 milyon insan acdır
Dünya 19:3835 il də türmə həyatı olar..?
Dünya 19:25İranda məşhur reper edam cəzasına məhkum edilib
Dünya 19:14Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
İdman 18:54“Bakcell”in məşhur simaları bütün ölkəni Bulvardakı konsertə səsləyir
Texnologiya 18:39Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət edib
Siyasət 18:36Timur İvanovu Ukrayna kəşfiyyatı həbs etdirib
Dünya 18:27Azərbaycandan dünyaya Yaşıl Baxış
Siyasət 18:11Ombudsman Böyük Britaniya səfirini məlumatlandırıb
Siyasət 17:10Yazıçı, şair Şövkət Horovlunun yaradıcılıq gecəsi keçirildi
Mədəniyyət 16:57“Yaşıl iqtisadiyyat dayanıqlı inkişafın modeli kimi”
İqtisadiyyat 16:54Atlar Londonun mərkəzini xaosa çevirdi
Dünya 16:18Münasibətlərimiz gələcək inkişafa töhfə verir
Siyasət 16:00Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
Dünya 15:39Yeni anlaşma memorandumu imzalanıb
Təhsil 15:31Günəş vannası qəbul edərkən öldü
Dünya 15:30Siyasi münasibətlər yüksək səviyyədədir
Siyasət 15:18"Günümüzün əsas çağırışlarından biri..." - ŞƏRH
Siyasət 15:17Azərbaycan-Macarıstan enerji İşçi Qrupunun iclası keçirilib - FOTOLAR
İqtisadiyyat 15:12Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
İqtisadiyyat 15:02Prezident İlham Əliyev Qırğızıstana təşəkkürünü bildirib
Siyasət 14:58Fransada Denge qızdırması halları artıb
Dünya 14:56Sabunçu qəsəbəsində yanğın baş verib
Hadisə 14:56Əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb
İqtisadiyyat 14:48Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək
İqtisadiyyat 14:44İki dövlət arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb
İqtisadiyyat 14:39Azərbaycanla bu dövlət arasında ikiqat vergitutma aradan qaldırılır
İqtisadiyyat 14:32Sabiq baş pediatr özünü güllələyib
Hadisə 14:23ABŞ dövlət katibi Çində səfərdədir
Dünya 14:09Prezident İlham Əliyev Sadır Japarovu COP29-a dəvət edib
Siyasət 14:06Ölkələrimiz arasında münasibətlərin bugünkü reallıqları
Siyasət 14:00Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
Siyasət 13:36Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8198 +0,49%
- GBP 2,1173 +0,86%
- RUB 0,0182 0,00%