Qida Təhlükəsizliyi İnstitutu gəncləri işə dəvət edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu xarici ölkələrdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda və qurumun regional sınaq laboratoriyalarında bioloq, mikrobioloq, virusoloq, kimyaçı, aqronom, həkim laborant, sanitariya həkimi, epidemioloq, toksikoloq, molekulyar bioloq, torpaqşünaslıq, iqtisadiyyat, maliyyə və mühasibat uçotu, idarəetmə üzrə mütəxəssis, baytar həkimi və fitosanitar mütəxəssis ixtisasları üzrə (yaş həddi 23- 50) yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunur.

Müraciət etmək istəyən şəxslər 19.11.2018-ci il tarixindən 24.12.2018-ci il tarixinədək Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər.

Ünvan: Bakı şəh., S.S.Axundov küç. 73c. Əlaqə nömrəsi: (012) 565-12-82 (573), (530). email: hr.aqti@afsa.gov.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə